Ermənistan hökuməti Türkiyə ilə sərhəddə keçid məntəqəsinin layihəsinə 72 min dollara yaxın vəsait ayırıb.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin qərarında qeyd edilib.
Bildirilib ki, tikinti qısa müddətdə başa çatdırılmalıdır, ona görə də layihələndirmə və tikinti paralel aparılacaq.
Bundan əvvəl Ermənistan spikerinin müavini Ruben Rubinyan bəyan edib ki, Ermənistan-Türkiyə sərhədinin yaya qədər - üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün - açılması planlaşdırılır.
Becan.az