Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasına sədrliyini “ikiüzlülük və demokratiyanın alçaldılması” adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, Podolyak bu haqda sosial media hesabında yazıb.
Lavrovun BMT TŞ-yə sədrliyini
“riyakarlıq” kimi qiymətləndirən Podolyak,
“Lavrov BMT Təhlükəsizlik Şurasına sədrlik edir, müharibəni, qırğınları və dağıntıları qanuniləşdirir”, - bildirib.
Qeyd edək ki, aprelin 1-də Rusiya BMT TŞ-na sədrliyi ələ alıb, aprelin 24-25-də isə Lavrov BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edib.