Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti bu gün Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş ilə görüşüb.
"APA" xəbər verir ki, nazir bu barədə özünün Tvitter səhifəsində yazıb.
Nazir bildirib ki, Böyük Britaniya və Türkiyə regional təhlükəsizliyi qorumaq, terrorizmlə mübarizə və iki xalq arasında iqtisadi əlaqələri gücləndirmək üçün sıx əməkdaşlıq edən əvəzolunmaz tərəfdaşlardır.
“NATO müttəfiqləri və dostlar olaraq, Türkiyənin Böyük Britaniyadakı yeni səfiri ilə ümumi prioritetlərimizi müzakirə etməkdən məmnunuq”,- deyə, Leo Dokerti qeyd edib.
Qeyd edək ki, Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş vəzifəsini icra etməyə mart ayında başlayıb.