Bu gün millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasında 32-ci tur oyununa çıxıb.
Həmyerlimizin təmsil olunduğu komanda "Trabzonspor"u qəbul edib. Matç "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir də bu oyunda iştirak edib. O, 46-cı dəqiqədə Konrad Miçalakın əvəzinə meydana çıxıb və sonadək oynayıb. Hücumçu 71-ci dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, bu qələbə sayəsində "Konyaspor" xallarının sayını 45-ə (31 oyun) çatdırıb və 6-cı pilləyə yüksəlib. Eyni xalı olan "Trabzonspor" isə (30 oyun) 7-cidir.
Becan.az