Çin təmsilçisinin qalib olduğu şahmat üzrə dünya çempionatı Astana şəhərində keçirilib.
Rusiyalı qrossmeyster Yan Nepomnyaşi şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün dördüncü oyununda çinli Din Lijenə ağ fiqurlarla məğlub olub.
Klassik vaxtda nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Belə olduqda, sürətli şahmat üzrə əlavə 4 oyun təyin edilib. İlk üç oyun da heç-heçə yekunlaşıb. Nəhayət, sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı şahmatçı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.
Din Lijen şahmat üzrə 17-ci dünya çempionu adını qazanıb. Qeyd edək ki, o, bu ada layiq görülən ilk Çin təmsilçisi olub.
Becan.az