Bu gün Milli Qəhrəmanın anım günüdür - Qeyrətilə tarix yazan SALATIN!..

21:29 9.01.2023 1 182
Bu gün Milli Qəhrəmanın anım günüdür - Qeyrətilə tarix yazan SALATIN!..

Xalq, qəhramanlarını unutmur!

Əsgərova Salatın Əziz qızı - 1961-ci ildə dekabrın 16-da Bakıda, ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna, indiki Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub...

1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakultəsini bitirsə də, O, jurnalist kimi fəaliyyət göstərməyə başlayır. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur. Həmçinin, heç nədən qorxmadan, dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri qayıtmağa çağırır.

Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın, qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün, bu çətin yolu seçmişdi. Hər zaman olduğu kimi, yenə əcəl ölüm zəngini çox erkən çalır. Daim ön cəbhədə olan Salatın Əsgərova, bir gün ordan geri dönə bilmir. İnsanlar onun yazılarını gözləyərkən, ölüm xəbəri gəlir. 1991-ci il, yanvarın 9-da Laçından Şuşaya yollanarkən, yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında Onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.

Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qalıb. Hazırda o da anasının yolunu davam etdirərək, jurnalist kimi fəaliyyət göstərir.

Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli Fərmanı ilə, Salatın Əziz qızı Əsgərovaya, ölümündən sonra, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.

Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulb. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd" adlanır.

BECAN.AZ: Azərbaycanın qəhrəman-jurnalist qızına Allahdan rəhmət diləyir, ruhu şad olsun, - deyirik! Salatın Əsgərova ölümü ilə ölümsüzlük qazanan Azərbaycan övladlarındandır. Onun həyatı, vətəndaşlıq mövqeyi və cəsarətli peşə fəaliyyəti hər yeni yetişən nəsil üçün bir örnəkdir! Salatın Əsgərova ömrü həm də daim xatırlanacaq şərəfli bir tarixdir!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO