Müşfiq – az ömrüylə böyük həyat yaşayan...

23:01 6.01.2023 1 816
Müşfiq – az ömrüylə böyük həyat yaşayan...

Mikayıl Müşfiq - Mikayıl Əbdülqadir oğlu İsmayılzadə ( 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"-in keçmiş redaktoru.
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biri olan Mikayıl Müşfiq sevgi və gözəlliyi tərənnüm edən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilib. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il, mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən, ölümündən sonra bəraət alıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Bu gün Müşfiqin anım günüdür. Ölməz şairi bir şeiri ilə yad edirik.
Ruhu şad olsun!

“ANA”
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.


Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış;
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki: - Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyim sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs: - Anan, baban varmı? - söyləsə,
Diyorum ki, — qapılmadan bir xülyaya, bir hissə -
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!


BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}