"Türkiyə seçkilərinin taleyini Azərbaycan məsələsi həll edəcək"

12:36 9.05.2023 1 252
"Türkiyə seçkilərinin taleyini Azərbaycan məsələsi həll edəcək"

“Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun irəli sürdüyü tezis Azərbaycançılığa, Azərbaycan-Türkiyə birliyinə, Türk dünyası ideologiyasına, o cümlədən Azərbaycan və Türkiyə prezidentlərinin inşa etdiyi böyük türkçülüyə, onun ideologiyasına, hərbi, siyasi, iqtisadi sərhədlərinə böyük bir zərbədir”.

Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.


Siyasi şərhçi bildirib ki, Kılıçdaroğlunun “böyük layihəsi” konkret olaraq İranın, Ermənistanın, Qərbdən Azərbaycan və Türkiyə əleyhinə olan mövqelərin müdafiəsidir:

“Yunanıstan, İran, Ermənistan, Fransa mətbuatına baxsanız, tamamilə onların tezisləri üzərində ucaldılmış bir baxışdır. Hesab edirəm ki, Türkiyə seçkilərinin taleyini Azərbaycan məsələsi həll edəcək. Çünki Türkiyədə Azərbaycan məsələsi qırmızı xəttdən də o tərəfi təşkil edir. Ən azından, "bu seçkilərin taleyi Azərbaycanın taleyini də həll etməlidir" məntiqi var ortada. Hesab edirəm ki, bu həm də Azərbaycan seçkiləridir. Kılıçdaroğlunun türk adlandırdığı və əslində anti-türk qurşağı obrazında ortaya qoyduğu bu baxış birmənalı şəkildə Türk dünyası əleyhinə vurulmuş ən böyük zərbədir. Bu ideologiya ilə yola çıxan adam Türk dünyasında nə seçkiləri qazana, nə prezidentliyə gəlib çıxa, nə də bundan sonra Türk dünyası üçün müsbət gələcək vəd edə bilər. Bu, birmənalı şəkildə fars, yunan, erməni təfəkkürünün, türkün bu bölgədə məğlub olmasını istəyən fransız təfəkkürünün həlledici baxışıdır. Düşünürəm ki, türk xalqı bu baxışın əleyhinə səs verəcək. Bu minvalla onlara öz yerlərini göstərəcəklər.

Bu baxış Türkiyə üzərindən Azərbaycan əleyhinə formalaşmış üçtərəfli ittifaqa – Ermənistan, İran və Hindistan yoluna qoyulmuş stavkadır. Kılıçdaroğlunun bu tezisi Türk dünyasının tarixi-strateji məqsədinə, gələcəyinə qoyulmuş bir bombadır. Hesab edirəm ki, Türk dünyasının gələcəyini fikirləşə biləcək ağıl heç bir halda bu saxta yanaşmaya yol verməz. Çünki bu, Türk dünyasının, Azərbaycanın gələcəyini şübhə altına almaq, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi uğurları, eyni zamanda, Türkiyə-Azərbaycan hərbi uğurlarını sıfırlamaq niyyəti daşıyır”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}