Cəmiyyət / Gündəm / Kriminal
16:19
10.01.2023
922
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə ailə üzvlərinin görüşməsinə icazə verilib.
Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. Müdafiəçi bildirib ki, Bəxtiyar Hacıyevə yaxın qohumları ilə görüşmək və telefon danışığı etmək məhkəmə tərəfindən təmin edilib.
Yayılan məlumatlara görə, Bəxtiyar Hacıyev artıq bir dəfə - Yeni il bayramı ərəfəsində - anası ilə də görüşə bilib.
Xatırladaq ki, "xuliqanlıq" və "məhkəməyə hörmətsizlik"də ittiham olunan B.Hacıyevin həbsindən bir ay ötür. O, həbsdə bu müddətdə 2 həftə aclıq edib. Vəkilləri tərəfindən bir neçə dəfə ev dustaqlığına buraxılması üçün vəsatətlər verilsə də, məhkəmələr vəsatətləri təmin etməyib. B.Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişə etdiyinə görə tutulduğu bildirilir.
BECAN.AZ