İranın Azərbaycan Respublikasına qarşı üstüörtülü, amma düşmən mövqeyi Ermənistan üzərində 44 günlük Zəfər Qələbəsindən sonra, xüsusən Zəngəzur dəhlizi ilə bağlı mövzu dartışılarkən, tam çılpaqlığı ilə ortaya çıxdı.
Hətta,
"müsəlman" İran xristian Ermənistana
"qardaşım" deyib, Zəngəzuru özü üçün
"qırmızı xətt" adlandırdı və Araz çayının sahillərində hərbi təlimlər keçirtməyə başladı. Bu zaman Azərbaycanın sərt mövqeyinə qardaş Türkiyə də dəstək verdi.
Politoloq Qabil Hüseynli Müsavat-a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin həssas siyasi qarşıdurmada İrana barmaq silkələyərək, Azərbaycanı bir daha müdafiə etdi.
"İranın Azərbaycana təhdidlərinin qarşısını kim aldı?.. Ərdoğan İran prezidentinə müraciət etdi. Bu, təhdid dolu müraciət idi. Dedi ki, Azərbaycana qarşı bir addım atsanız, başınıza od yağdıraram", - Qabil Hüseynli açıqlamasında vurğulayıb.
Becan.az