Rusiya imperiyasını xilas edən Osmanlı vəzirinin səhvi və I Pyotrun arvadı Yekaterina

20:38 17.05.2023 3 130
Rusiya imperiyasını xilas edən Osmanlı vəzirinin səhvi və I Pyotrun arvadı Yekaterina

Tarix bəlkə də başqa cür yazılacaqdı. 1722-1723-cü illər I Pyotrun Azərbaycana yürüşü baş tutmayacaq, Rusiyanın böyük dövlət olmaq planları birdəfəlik məhv olacaqdı...
Osmanlı tarixinin bu günə qədər də davam edən ən böyük dedi-qodusu Osmanlı imperiyasının baş vəziri Baltacı Mehmet Paşa ilə I Pyotrun arvadı Yekaterinanın arasında olanlar (bəlkə də olmayanlarla) əlaqədardır.


Bir qədər əvvələ gedək. Rusiya çarı İvan Qroznı zamanından Rusiya və Osmanlı arasında davam edən rəqabət başladı. I Pyotrun dövründə Rusiya özünün əsl yüksəlişini yaşamağa başlayır. Ruslar türklərin "Dəmirbaş" adlandırdıqları XII Karlı Poltava döyüşündə məğlub edir və gözlərini yeni üfüqlərə - Osmanlı torpaqlarına dikirlər. Bəhanə isə İsveç kralının Osmanlıya sığınması olur. Buna qədər isə XII Karl Rusiyanın genişlənmə prosesi xəttini götürdüyünü başa düşərək onunla sonu uğursuz bitən müharibəyə başlamışdı.

1709-cu ildə məşhur Poltava döyüşündə İsveçi məğlub edən Pyotr fikirləşirdi ki, artıq öz inkişafı ilə Avropa dövlətlərindən geri qalan Osmanlını tezliklə məğlub edəcək. Bu məsələdə Osmanlı sərhədləri daxilində yaşayan çoxsaylı xristian əhalisinin yaşaması da ona böyük ümidlər verirdi.

Təxribatlar öz nəticəsini verir. 1710-cu ildə Sultan III Əhməd Rusiyaya müharibə elan edir və yeni Sədri-Əzəm təyin olunan Baltaçı Mehmed Paşa 200 minlik ordu ilə İstanbuldan rus qoşunlarına doğru göndərilir. Onun ardınca Osmanlı donanması və Krım xanın qoşunları da səfərbərliyə alınır. Osmanlı qoşunları Rus qoşununu Prut çayı sahilindəki Stanileşti kəndi yaxınlığında mühasirəyə alır.

Birdən-birə Şərqi Avropada Prut çayı sahilində 140 minlik Osmanlı ordusu ilə üz-üzə gələn I Pyotr Osmanlı haqqında yanıldığını başa düşür. 1711-ci il İyulun 20-də rus ordusu mühasirəyə alınmağa başlayır. Ruslar toplarla möhkəmləndirilmiş hərbi düşərgə qura biləsələr də, onların sayca 2 dəfə çox olan yeniçəri orudusunun qarşısında duruş gətirə bilməyəckləri gün kimi aydın idi.


I Pyort tam ümidsiz idi. Və bu anda gözləmədiyi şəxs bir fikir irəli sürür. Pyotrın hələ rəsmi nikah qurmadığı arvadı Yekaterina ona türklərə təslim olmağı təklif edir.

I Pyort tərəfindən türklərə barış təklif olunur və 60 minlik rus ordusunun öz çarları ilə birlikdə tam məhv edilmək fürsəti yarandığı anda Baltacı bu təklifi dərhal qəbul edir və məşhur Prut sülhü imzalanır. Deyilənə görə, Krım xanı Dövlət Gəray Sədrəzəm müqaviləni imzalayanda qəzəbdən ağlayırdı. Türklər I Pyotrun gözlədiyindən qat-qat aşağı tələblərlə müqaviləni imzalamağa razı olmuşdu və nəticə olaraq türk ordusunun qəzəbli baxışları altında rus ordusu tam silahlı vəziyyətdə, həm də şeypur və təbil çalaraq mühasirədən çıxmağa başlayır.

Biabırçılığın həddi-hüdudu yox idi. Türklər, hətta rus ordusunu tatarların quldur basqınlarından qorumaq üçün öz süvarilərini də ayırmışdılar.

Və bu günə qədər də Rusiya prezidenti Putunin belə Türkiyəyə səfəri zamanı münasibət bildiridiyi hadisə barədə dedi-qodu söhbətləri yarandıqca yaranır. Yekaterinanın öz qulaqlarındakı sırğalarını belə açaraq 7 araba dolusu ləl-cəvahiratın paşaya rüşvət verilməsi məsələsi müzakirə olunmağa başlayır. Həm də rus çarının arvadının paşa ilə ikilikdə görüşərək hədiyyələri şəxsən təqdim etməsi barədə şayiələr söz-söhbətləri daha da qızışdırır.

Nəticə etibarı ilə Çar Pyotr öz həyatını Baltacı Mehmet paşanın Osmanlı ordusuna komandanlığına borclu idi. Pyotr sonradan bu hadisə haqqında “quş qəfəsdə idi və ondan istifadə edə bilmədilər” cümləsini təkrar etməyi sevirdi.

Paşanın rüşvət alması və şəxsən Yekaterina ilə görüşməsi barədə xəbərlər onun sədrəzəmlikdən çıxarılması və sürgünü ilə nəticələnir. İnsanlar haqlı ikən qələbənin bir addımlığında olduğu halda, Paşanın hərəkətini müzakirə edirdilər.

Doğrudanmı bir nəfərin, həm də heç bir rəsmi statusu olmayan bir qadının gətirdiyi bir məktubla iki ölkənin taleyi müəyyən edilmişdi?!

Tarixçilər bilir ki, Prut savaşının əsl qalibi Böyük Pyotr idi. Öz ölkəsinin taleyini xilas edən Pyotr isə bu qələbəsini arvadı Yekaterinaya borclu idi. Prut Savaşı zamanı Pyotr ile evli olmayan Yekaterina bu müharibədən sonra Çar ilə rəsmi nikah qurmaq fürsətini də qazanmış olur. 1724-cü ildə Pyotr Yekaterinanı imperatriça elan etdi və tacqoyma mərasimi baş tutdu. Cütlüyün oğlan övladları yox idi. Ona görə də o, öz xanımını vəliəhd elan etdi. 1725-ci ildə Pyotrun ölümündən sonra keçmiş kəndli qızı olan Yekaterina rus taxtına çıxır.


Yekaterina və Baltacı arasında əfsanələr çox güman ki, doğru deyil. Ancaq həqiqət budur ki, sülhün imzalanmasında Paşaya verilən hədiyyələrin də böyük rolu olmuşdu. Prut sülhü imzalanmasaydı, Osmanlı imperiyası onun dağılmasına aparan prosesdə ən böyük xarici faktorlardan biri olan rus təhlükəsini böyümədən aradan qaldıra bilərdi.





Günay HÜSEYN
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}