Ankarada davam edən leysan yağışlar və güclü külək həyatı iflic edib.Fırtına nəticəsində bəzi binaların dam örtükləri, məscidlərin minarələri dağılıb.
Gücü saatda 45 kilometrə çatan külək çoxlu ağacları da aşırdıb.
Etimesqut rayonunda ticarət mərkəzinin damı tamamilə dağılaraq, ətrafdakı vətəndaşlara böyük qorxu yaşayıb. Fırtına nəticəsində rayondakı mərkəzi məscidin minarəsi də uçulub. Minarənin parçalarının ətrafa səpələnməsi nəticəsində bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Həmçinin, Ümitköydəki məscidin minarəsi də dağılıb.
Ankara Valiliyi yağış və külək səbəbiylə meydana gələ biləcək mənfi hallara qarşı əhalini xəbərdar edib.
Becan.az