Moskvada Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilir.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın XİN rəhbəri Sergey Lavrov həmkarları ilə üçtərəfli görüşün yekunlarına dair danışarkən açıqlayıb.
Onun sözlərinə görə, ümumilikdə Rusiyanın vəzifəsi ikitərəfli görüşün keçirilməsi üçün platformanın təqdim edilməsindən ibarətdir.