Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Xəbərə görə, görüş ABŞ-ın Arlington şəhərində keçirilir.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.
Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan Arlingtonda ikitərəfli görüş keçiriblər.
Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr aparır.
Becan.az