“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”.Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib.
O, Brüssel görüşünü ümumilikdə müsbət qiymətləndirdiyini də bildirib.
Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar.
Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.
Becan.az