"Qərb Tiflisdən bunu tələb etməzdən əvvəl, ilk növbədə özü Rusiya ilə ticarət əlaqələrini dayandırmalıdır".
Publika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
O qeyd edib ki, Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsi ildə bir milyard dollardan azdır.
Hökumət başçısının sözlərinə görə, Rusiya Federasiyası təkcə ötən il Avropa İttifaqından 300 milyard avro gəlir əldə edib.
"Nə Avropa İttifaqı, nə də ABŞ Rusiya ilə ticarət əlaqələrini dayandırıb. Gürcüstan bu məsələdə niyə istisna olmalıdır?!", - Qaribaşvili bildirib.
Qeyd edək ki, bir müddət öncə Gürcüstanın baş naziri Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaların ölkəsinin iqtisadiyyatını çökdürə biləcəyini vurğulamışdı.