Türkiyə Nazirlər Kabinetinin ilk iclasından əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan yeni nazirlər ilə birlikdə Anıtkabiri ziyarət edib.
Haberler.com xəbər verir ki, Türkiyə dövlət başçısı Atatürkün məqbərəsi önünə əklil qoyub. Daha sonra Ərdoğan və yeni kabinet üzvləri Misaki Milli Qülləsinə gedərək Anıtkabir xatirə kitabını imzalayıblar.
Prezident Ərdoğan xatirə kitabına bu sözləri yazıb:
“Bu gün Nazirlər Kabinetinin iclasını keçirərək Türkiyə Əsrini qurmağa hazırlaşırıq. 85 milyon insanın hamısına sevgi ilə xidmət edəcəyik. Bizə əmanət etdiyiniz Cümhuriyyətin 100 illik yubileyində onu yüksəliş dövrümüzün başlanğıc nöqtəsi edəcəyik”.