“Ukrayna Silahlı Qüvvələri Kiyevin çoxdan vəd etdiyi əks-hücum əməliyyatına başlayıb”.
“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Nazir bildirib ki, bu məqsədlə Ukrayna qoşunları çox sayda canlı qüvvə və hərbi texnikanı təmas xəttinin müxtəlif yerlərində cəmləyib.
“Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri artıq 1600-dən çox itki verib”, - S.Şoyqu vurğulayıb.