“Bu gün mən məhkəmə iclasında çıxış etməli idim”."Qafqazinfo" xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili özünün feysbuk səhifəsində məlumat yayıb.
O, məhkəmənin qeyri-müəyyən müddətə, ən azı payıza qədər təxirə salındığını vurğulayıb.
“Bugünkü nümunə həm də mənim Rusiya Prezidenti Vladimir Putinin və onun istifadə etdiyi insanların hərbi əsiri olduğumu təsdiqləyir”, - deyə, Saakaşvili qeyd edib.
Siyasətçi qeyd edib ki, onun əsirlikdə olması Gürcüstan tarixində biabırçı səhifədir.