Rusiya MN Azərbaycan Dövlətindən və Xalqından üzr istəməlidir

12:39 7.07.2023 899
Rusiya MN Azərbaycan Dövlətindən və Xalqından üzr istəməlidir

Laçın sərhəd keçid məntəqəsində rus sülhməramlılarının dövlət bayrağımızı endirməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası bəyanat verib.

Bəyanatda deyilir:

"Zəfər Savaşında qəhrəman ordumuz qarşısında təslimçilik sazişi bağlayan erməni separatizmi xarici himayədarları hesabına yenidən fəallaşır. Bu baxımdan ən aktiv mövqedə “sülhməramlı” missiyasını yerinə yetirməli olan rus hərbi birləşmələridir. Əgər Rusiyanın sülhməramlı qüvvələri bölgədə erməniyanlı mövqe tutmasaydı, indi Azərbaycanın öz ərazi bütövlüyü tanındığına görə bütün ərazisi üzərində suverenliyini bərpa etmiş olardı.

Təəssüflər olsun ki, ərazilərimizin bir hissəsində rus qoşunları qalıb və onlar da işğalçı dövləti, Ermənistanı və Ermənistanın bu ərazidə olan bir ovuc separatçılarını müdafiə edirlər. Rus hərbi birləşmələrinin bölgədəki erməni separatçılarını hər cür himayə etməsi haqda konkret faktlar var. Rusiya sülhməramlı qüvvələrinin harınlığı elə bir həddə çatıb ki, Laçında Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıb və bayrağımıza qarşı təhqiramiz davranıblar.

Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş hadisəni hiddətlə pisləyir. Dövlət Bayrağımızın işğal olunmuş ərazilərdə ucalması uğrunda qəhrəman əsgərimizin qanı tökülüb. Son aylar dəfələrlə baş verən erməni təxribatlarını sadəcə müşahidə edən sülhməramlıların bayrağımıza qarşı bu cür davranışı dövlətimizə və milli heysiyyatımıza həqarətdir.

VHP olaraq Rusiya Müdafiə Nazirliyindən baş vermiş hadisəyə görə dövlətimizdən və xalqımızdan üzr istəməsini tələb edirik."

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}