Rusiya lideri Vladimir Putin ötən ay “Vaqner”in çevriliş cəhdindən sonra Ukraynaya qarşı müharibəyə cavabdeh olan yüksək səviyyəli generalı vəzifəsindən azad edib.Böyük Britaniyanın “Daily Mail” nəşrinin yaydığı məlumata görə, 67 yaşlı general Valeri Gerasimov təyinatının 6-cı ayında vəzifəsindən kənarlaşdırılıb.
Məlumata görə, Gerasimov Baş Qərargah rəisi olaraq Rusiya silahlı qüvvələrinə rəhbərlik edəcək, lakin müharibəyə görə, bütün məsuliyyət ölkənin hava-desant qoşunlarının komandanı, 54 yaşlı Mixail Teplinskiyə verilib.
“The Moscow Times”-ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu təyinat Türkiyənin “Azov” alayının komandirlərini Ukraynaya təslim etməsindən sonra baş verib.
Becan.az