Fevralın 6-da baş verən zəlzələnin zərərəi 104 milyard dollardır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
"Tariximizin ən böyük fəlakəti olan zəlzələdən 5,5 ay keçir. Fəlakətdən zərər çəkmiş şəhərlərdə dərhal sökülməsi lazım olan və ciddi ziyan dəymiş binaların dağıntılarını tamamilə çıxardıq", - deyə, Ərdoğan bildirib.
Türkiyə lideri deyib ki, orta dərəcədə zədələnmiş binalarda işlər davam etdirilir.
Ümumilikdə isə bölgədə 311 mindən çox binanın yenidən qurulmasına ehtiyac var.
Becan.az