Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur

12:47 14.01.2023 1 196
Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur

"İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə indiki rejimin qadınlara hüquqları ilə bağlı verdiyi vədlər sonradan unuduldu. Qadınlarımızın başlatdığı və artıq 4 aydır davam edən hərəkat illərdir yığılıb qalan zülmə etirazdır."
Bu sözləri Axar.az-a güneyli qadın fəal Azər Fərruxi deyib.

O bildirib ki, hazırki hökumət qurulanda qadınlar tapdanmış hüquqlarının bərpasına ümid edirdi:
"Lakin hər şey gözlənilənin əksinə dəyişdi, qadınlara qarşı zülmlər azalmaq əvəzinə, çoxaldı. İnqilabdan sonra qadınlar necə bir zülmə düşdüklərini dərk etdilər. İnsan haqlarının nə olduğunu İranda yaşayanlar bəlkə də heç başa düşə bilmirlər. Onlar gündəlik həyatlarını belə çətinliklə yola verirlər. Vaxtı ilə qadınlar Xomeyninin verdiyi fitvalar əsasında ittiham olunur, onların namusuna toxunulurdu. Gənc qadınlarımıza "kommunist", "fədai" damğası vurub həbsxanalara atırdılar. Bir sözlə, bu zülm illərdir davam edir, lakin dilə gətirilmirdi. Ailədə qadınların geyiminə, təhsilinə, evlilik məsələsinə belə kişilər qərar verir, övladlar arasında oğlan uşaqları daha üstün tutulurdu. Qadınlar artıq dözə bilmədi və 4 aydır davam edən hərəkatı başlatdı. Gənc bir qızın qətli ilə İranın hər yerini etirazlar dalğası bürüdü. Bu etirazlar, yəqin ki, sönməyəcək, davam edəcək. Övladlarımız acdır, aldıqları yüksək təhsilə rəğmən iş tapa bilmirlər. Yəni, analar övlad böyütməyin necə ağır olduğunu dərk edirlər. Məhz bu səbəbdən, həm sosial, həm azadlıq tələbi ilə qadınlar rejimin qarşısına çıxdı. Tələbə və azyaşlı qızlarımız da bu etirazlara qoşuldu".

Güneyli xanım fəal qadınların başlatdığı aksiyaya beynəlxalq münasibətin yetəri qədər olmadığını vurğulayıb:
"Bu aksiyalara bir çox beynəlxalq qurumlardan, Avropa Şurasından, digər ölkələrin parlamentindən dəstək gəldi. Gələn dəstəkdən sonra İrandakı qadınların işi daha da çətinləşdi. Onlara qarşı basqı artdı, çox sayda qadın saxlanılaraq, həbsxanalara atıldı. Qəddar rejim tərəfindən 13-16 yaşlı qız uşaqları öldürülüb.
Öldürülənlərin, tutulanların sayı həqiqəti əks etdirmir, açıqlanandan daha çoxdur. Bizim əlimizdən nə gələ bilər? Onların haqq səsini dünyaya çatdırmaq və rejimin qəddarlığını ifşa edən videomaterialları yaymaq. Xaricdə iranlı qadınlara dəstək mitinqləri keçirilir, amma əvvəlki kimi effektiv deyil. Mən onların haqq səsinin xaricdə lazımi yerlərə çatdırılmasına ümidliyəm. Kənarda yaşayanların vəziyyəti oradakılardan fərqlidir. Əsas odur ki, zülm altında olan insanların durumunu dərk edək. Bəlkə də hansısa Avropa ölkəsində belə bir qadın hərəkatı olsaydı, dünya birliyi onu sözsüz dəstəkləyərdi. İranda baş verənləri isə üzdə dəstəkləyir, şəxsi mənafelərini daha üstün tuturlar".
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}