Qaz sayğaclarının müayinəsi təchizatçı müəssisənin nəzarətindən çıxarılır

13:29 3.08.2023 1 127
Qaz sayğaclarının müayinəsi təchizatçı müəssisənin nəzarətindən çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və “Azəriqaz” İstehsalat Birliyi (İB) arasında müqavilə imzalanıb.

Dövlət Xidmətindən bildirilib ki, müqaviləyə əsasən, “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ tərəfindən həyata keçiriləcək.

Müqavilənin bağlanılmasında əsas məqsəd sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir. Müqavilə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək. Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra olunacaq. Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək.

“Azəriqaz” İB ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi əsasında Azərbaycan Metrologiya İnstitutu tərəfindən “Sayğacların müayinəsi laboratoriyası”nın metroloji xidmət fəaliyyətinin idarə olunması, qanunvericiliyə uyğun olaraq ölçmə vasitələri və sınaq avadanlıqlarının yoxlanılması işlərinə nəzarətin artırılması etibarlı nəticələrin əldə edilməsi, ümumi proseslərin təkmilləşdirilməsi və səmərəliliyin artırılması, habelə məişət istehlakçılarının və sahibkarların hüquq və mənafelərinin etibarlı müdafiəsinə töhfə verəcək.

Qeyd edək ki, bu prosesin gələcəkdə digər kommunal xidmət sahələrini də əhatə edəcəyi gözlənilir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO