ABŞ Dövlət Departamenti azərbaycanlı iqtisadçı və hökumətin tənqidçisi Qubad İbadoğlunun işini “diqqətlə izlədiyini” bildirib.Xəbər verilir ki, Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Washington Post”un son redaktor məqaləsini TURAN-a şərh edərkən deyib:
“Mən xüsusi diplomatik danışıqların məzmununu açıqlamayacağam, lakin biz bu həbsi diqqətlə izləyirik”. Sözügedən materialda Bayden administrasiyasının rəsmi Bakı ilə təmaslar zamanı İbadoğlunun dərhal azad edilməsi üçün səy göstərmək çağırışları da var.
"Biz insan hüquqlarının və əsas azadlıqların təşviqinə qəti sadiq qalırıq və Azərbaycanı Azərbaycan konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq", - Miller davam edib.