Donetsk "Şaxtyor"unu İngiltərənin "Çelsi" klubuna dəyişən Mixail Mudrik Ukrayna futbolunun tarixinə düşüb.
Becan.az xəbər verir ki, 100 milyon avro qarşılığında London təmsilçisinə keçən 22 yaşlı yarımmüdafiəçi ölkəsinin ən bahalı oyunçusu olub.
Gənc futbolçu bu göstərici ilə millinin sabiq hücumçusu Andrey Şevçenkonu geridə qoyub. Veteran forvard 2006-cı ildə İtaliya "Milan"ından "zadəganlar"a 43,88 milyon avroya transfer olunub.
Siyahıda 3-cü yeri "Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko tutur. "Topçular" cinah oyunçusunu "Mançester Siti"dən 35 milyon avro qarşılığında heyətinə qatıb.