İranda qum qasırğası 800-dən çox insanı xəstəxanalıq edib.
Xəbər verilir ki, Sistan və Bəluçistan əyalətinin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi deyib:
“Sistan əyalətində qum qasırğasından sonra 859 nəfər tibb mərkəzlərinə və xəstəxanalara müraciət edib”.Onun sözlərinə görə, sentyabrın 19-dan bəri əyalətin beş şəhərində davam edən qasırğa nəticəsində yüzlərlə insan tənəffüs sistemi və görmə qabiliyyətində yaranan problemlərə görə xəstəxanalara müraciət edib. Hazırda isə 50 nəfər xəstəxanaya yerləşdirilib.
Becan.az