Ağsuda Vətən müharibəsi qazisi intihar edib

19:42 1.11.2023 2 093
Ağsuda Vətən müharibəsi qazisi intihar edib

Ağsu rayonunda intihar hadisəsi qeydə alınıb. Belə ki, "Unikal.az"-ın məlumatına görə, rayonun Ülgüc kəndində yaşayan Vətən müharibəsi qazisi, 1992-ci il təvəllüdlü Babayev Rabil Kamal oğlu intihar edib. O, yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub.


Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

Qarabağ qazisinin döyüş yoldaşlarının verdiyi məlumata görə, Rabil Babayevin sosial durumu çox ağır olub. O, dəfələrlə işlə təmin olunması üçün aidiyyəti qurumlara müraciət etsə də, qazinin sosial problemi həllini tapmayıb. O, sonuncu dəfə Ağsu rayon İcra Hakimiyyətinə iş üçün müraciət edib və oradan evə geri qayıdan kimi intihar edib.

Xəbərə görə, mərhumun cibindən məktub tapılıb. "Cəsur döyüşcü", "Vətən müharibəsi iştirakçısı" "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunan Rabil Babayevin ölümündən öncə məktubda nə yazdığı, eləcə də onun canına qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil.

Bilgilərə əsasən, faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO