"1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmazdır. Bununla bağlı əlimizdən gələni edəcəyik".Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Abdülməcid Təbbunla görüşündən sonra mediaya açıqlamasında deyib.
“Fələstin məsələsi ədalətli siyasi həll yoluna qovuşmasa, regionumuzda daimi sülh və sabitliyin təminatı mümkün deyil. Ümid edirik ki, tez bir zamanda girovların mübadiləsi ilə bağlı müsbət nəticəni görəcəyik”, - deyə, Ərdoğan bildirib.
Qeyd edək ki, R.T.Ərdoğan Əlcəzairdə səfərdədir.
Becan.az