B12 vitamini çatışmazlığı sinir, nevroloji problemlərə səbəb olur. Çox zaman xəstələr nevroloji müalicə alsalar da, sağalmırlar. Çünki B12 və B9 vitamini nəzərdən qaçırılır.“Medicina” nevroloq Aleksandra Aleksinaya istinadən xəbər verir ki, bu çatışmazlıq 85% halda nevroloji simptomların baş verdiyini bildirir.
Nevroloqun sözlərinə görə, əgər sizdə bu 8 simptom varsa, 90% halda B12 əskikliyi yaşayırsız:
1. Paresteziya - əl, ayaq, daban və qollarda, hətta üzdə yanma, keyimə hissi;
2. Bədənin bir tərəfinin hissiyatsızlaşması;
3. Disbalans, yerimə balansının pozulması;
4. Qulaqlarda küy, tinnitus – halbuki müalicəsi yoxdur;
5. Ataksiya – nitq, tarazlıq, hərəkət natarazlığı, çətinliyi;
6. Yazı yazmaqda və oxumaqda çətinlik;
7. Onurğa və fəqərələrin sıxılması, boyunda və kürəkdə ağrı, yanma, əl-ayaqda zəiflik;
8. Vegetativ disfunksiya – başgicəllənmə, huşun itməsi, dumanlı baş, həzmsizlik.