Ağsunun kəndlərində qazın verilişində niyə tez-tez fasilə yaranır?..

20:25 14.12.2023 2 373
Qaz işçiləri sayğacların üzərindəki tənzimləyiciləri hansı səbəbdən söküb aparıblar?..

Ağsunun kəndlərində qazın verilişində niyə tez-tez fasilə yaranır?..

Ağsu rayonunun kəndlərində mavi yanacaq fasilələrlə verilir. Havaların soyuq keçməsinə baxmayaraq, Ağsu Regional Qaz İstismar İdarəsinin (RQİİ) Ağsu Xidmət Sahəsinin (XS) əməkdaşları bu gün də abonentlərə qazın verilişində böhran yaşadıb.

Bu məzmunda Becan.az saytına Ağsu rayonunun Bico kənd sakinləri məlumat veriblər.

Məlumatda bildirilir ki, kəndlərdə mavi yanacağın verilişində vaxtaşırı, həm də əhaliyə informasiya verilmədən, böyük fasilələr yaranır. Sakinlərin bildirdiklərinə görə, bu gün belə hal yenidən yaşanıb. Belə ki, dekabrın 14-də, heç bir xəbərdarlıq edilmədən, Bico kəndində qazın verilişi səhər saatlarında qəflətən kəsilib. “104” qaynar xəttinə zəng edən sakinlərə cavab verilib ki, xətdə sızma var, yarım saata qazın verilişi bərpa ediləcək, lakin qazın bərpası günün ikinci yarısında baş tutub.

Sözügedən kəndin abonentlərinin verdikləri məlumata görə, dekabrın soyuq günlərində Ağsu RQİİ-nin XS-nin bu sayaq əməlləri başadüşülən deyil:

“Yaz-yay aylarında da qazın təminatında problemlər yaşanır. Başa düşürük ki, hərdən texniki baxış keçirilməli, ehtiyac olan hissələrdə təmir işləri aparılmalıdır, ancaq texniki baxış günlərindən kənar vaxtlarda da qazlar kəsilir axı... Bir də ki, isti havalarda xətlər yoxlanışdan keçirilirsə, soyuq qış günlərində magistral qaz xətlərində niyə sızmalar baş verməlidir?..”.

Sakinlər müraciətdə başqa bir mövzu ilə bağlı da qaz işçilərinin əməlinə diqqət çəkiblər. Söhbət sayğacların üzərində quraşdırılmış qaz tənzimləyicilərinin sökülüb aparılmasından gedir:

“Ağsu Qaz İdarəsinin əməkdaşları bu yaxınlarda sayğacların üstündə quraşdırılmış requlyatorları (tənzimləyiciləri) söküb apardılar. Onsuz da qazın təzyiqi az olduğundan əhali tənzimləyicinin klapan düyməsini məcburən çöplə sıxıb saxlayırdı ki, evlərə qaz getsin. Ağsunun qaz işçiləri çarəni tənzimləyiciləri söküb aparmaqda gördülər. İndi xətdə olan qaz birbaşa sayğaclara, ordan da evlərə daxil olur. Daha qaz çox gəldi, az gəldi, hava gəldi, - dəxli yoxdu, sayğac öz yazmağındadır. Bayaqdan qaz kəsilib təzədən veriləndə xətdə vurulan havanı tənzimləyici nizamlayırdı, indi 20-30 dəqiqə qazın havasını çıxardırıq. Nəticədə, sayğaclar boş-boşuna pul yazır. Hələ tənzimləyiciləri söküb çıxardarkən bir həftə, on gün ərzində hər gün qazları səhər kəsib, axşamüstü qoşdular, ara yerdə sayğaclarımız boş hava sayəsində bizə nə qədər ziyan vurdu...”.

Becan.az saytı olaraq, müraciətdə qaldırılan problemlərlə bağlı Ağsu RQİİ Ağsu XS-nin rəisi Həbib Quliyevlə əlaqə saxladıq. H.Quliyev, sadəcə, dekabrın 14-də mavi yanacağın verilişində yaranmış fasiləyə açıqlama gətirdi, tənzimləyicilərlə bağlı sual isə cavabsız qaldı. H.Quliyevin açıqlamasını olduğu kimi təqdim edirik:

“Ağsu rayonunun Çaparlı kənd sakini Qənbərov Nemət Qənimət oğlu tərəfindən Azəriqaz İstehsalat Birliyinin baş direktoru cənab Ruslan Əliyevə ünvanlanmış müraciətə cavab olaraq bildiririk ki, Ağsu QPS-dən qidalanan D-273 mm-lik orta təzyiqli Bağırlı xəttinin Ağsu çayı üzərindən keçən hissəsi gərilmə nəticəsində deformasiyaya uğradığından qaz xəttinin qaynaq birləşmələrində qaz sızması baş vermişdir. Həmin hissələrdən qaz xəttinin qırılma təhlükəsi olduğu üçün təxirə salınmadan müvafiq tədbirlərin görülməsi zərurəti yaranmışdır. Ona görə də, 17 kəndi əhatə edən 3159 abonentin qaz təminatı dayandırılaraq qaz xəttinin həmin hissəsində zəruri təmir işləri aparılmış və qaz təminatı bərpa edilmişdir”.

Cavabdan görünür ki, Çaparlı kənd sakininin müraciətinə əsasən, Ağsu RQİİ-nin Ağsu XS-nin əməkdaşları dekabrın 14-də Ağsuçay üzərindən keçən magistral qaz xəttinin sızan hissəsini təmir ediblər. Məlumat üçün bildirək ki, Çaparlı kəndi Ağsuçaydan kilometrlərlə məsafədə yerləşir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}