"Qərb Rusiya Federasiyasını beş yerə bölməyə çalışır. Hətta bu ideya açıq şəkildə müzakirə olunub".UNİAN xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Rusiyanın özünü də, bildiyimiz kimi, hissələrə - beş yerə bölmək planlaşdırılırdı. Onlar bunu gizlətməyiblər. Hər şey açıq şəkildə müzakirə edilib, açıq şəkildə", - Putin Rusiya Müdafiə Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında deyib.
Onun versiyasına görə, SSRİ-nin dağılmasından sonra Qərb “çox fəal şəkildə Rusiyada işləməyə” və “formalaşan müstəqil dövlətləri genişləndirməyə” başlayıb. Putinin bilgisinə əasasən, guya Qərb dövlətləri Rusiyanı məhv etmək üçün "beşinci kolon", separatçılar və beynəlxalq terror təşkilatları ilə işləyiblər.
Becan.az