2024-cü il yanvarın 23-dən aprelin 12-dək birinci ehtiyat qrupunun birinci və ikinci kateqoriyaları üzrə qeydiyyatda olan sıravi, zabit və gizirlər üçün təlim-məşq toplanışları elan edilir.
Xəbər verilir ki, bu barədə müvafiq qərar dekabrın 21-də Ermənistan hökumətinin iclasında qəbul edilib.
Təlimə 2838-dək vətəndaş cəlb olunacaq ki, onlardan 2579-u sıravi və kiçik gizir, 98-i baş gizir, 161-i ümmumqoşun silah, raket və artilleriya ixtisasları üzrə ehtiyatda olan zabitdir.
“Elan edilən təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir”, - məlumatda vurğulanıb.(Axar.az)