“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Becan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Qazaxıstan "Astanası"ndan ayrılan Kilan Lebonu transfer edib.
Fransalı hücumameylli yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Neftçi" daha əvvəl "Sumqayıt"dan Höccət Haqverdinin keçidini həll edib.