"Kremldə artıq Ermənistan dövlətçiliyinin ləğvi ilə bağlı dəqiq qərar var".Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Qriqoryan deyib.
“Azərbaycanla aparılan sülh danışıqları prosesinə Qərbin müdaxilə etməməsi üçün çalışılır. Bu il ABŞ, Rusiya, Avropa, eləcə də Azərbaycanda seçkilər keçiriləcək. Yəni Ermənistan üçün təhlükəli vəziyyət yaranıb. Aydındır ki, Bakı proseslərdə genişmiqyaslı şəkildə hərəkətə keçəcək”, - deyə, S.Qriqoryan bildirib.