Ruslan müəllim... saknlər intizarda qalıb... - Qazlaşdırma vəd olunsa da...

21:53 30.01.2024 1 750
Ruslan müəllim... saknlər intizarda qalıb... - Qazlaşdırma vəd olunsa da...

Qusar rayonu, Köhnə Xudat kəndinin yeni salınmış yaşayış massivinə qaz xətti çəkilmir. Sakinlər illərdir qazsız qalıb.

Bu barədə "Meydan TV"-yə sakinlər məlumat veriblər. Şikayətçilərin sözlərinə görə, təkcə son bir il ərzində sakinlərin imzası ilə “Azəriqaz” İstehsalat Birliyinə 32 məktub ünvanlanıb. Birliyin sosial şəbəkələrdəki hesablarına yazılıb, Qusar Rayon İcra Hakimiyyətinə müraciətlər olunub. İstehsalat Birliyi hər dəfə gələn il ərzində yaşayış massivinin qazlaşdırılacağını vəd edib.

Sakinlərdən Pərviz Məmmədov bildirib ki, illər bir-birini əvəzləyir, istehsalat birliyinin vədi bitmir. Sakinlər soyuq qış aylarında odunun ümidinə qalıblar. Odun bahalaşıb, ağacların kəsilməsinə də icazə verilmir.

“Soyuqdan donuruq, heç olmasa uşaqlara yazıqları gəlsin. Qazandıqlarımızı dərmana xərcləyirik, elektrik enerjisi ilə qızınmaq olmur. Özləri kombili, isti evlərində oturub, kəndlərdəki vəziyyətdən xəbərsizdilər”, – P.Məmmədov deyib.

“Azəriqaz” İstehsalat Birliyinin Tikinti Departamentinin sakinlərə göndərdiyi cavab məktubunda bildirilir ki, Prezidentin 14 aprel 2009-cu il, 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Köhnə Xudat kəndinin yeni salınmış yaşayış massivində fərdi yaşayış evlərinin növbəti illərdə qazlaşdırılması nəzərdə tutulub.

Sakinlərə ötən il göndərilən məktubda isə qeyd edilib ki, qazlaşdırılma İstehsalat Birliyinin maliyyə imkanları daxilində mərhələ ilə davam etdirilir.

2023-cü ildə “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına yeni salınmış yaşayış massivində paylayıcı qaz kəmərlərinin quraşdırılması nəzərdə tutulub. Lakin 2023-cü il başa çatsa da, qaz kəmərləri çəkilməyib.

“Azəriqaz” İB-dən "Meydan TV"-yə bildiriblər ki, həmin əraziyə paylayıcı qaz kəmərlərinin çəkilməsi plandadır.(BİA.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}