Türkiyənin xarici işlər naziri Fidan İraqdan Azərbaycana gəlib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, Fidan dünən yerli vaxtla saat 23:55-də Bakıya çatıb.
Fidanın bu gün Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcəyi qeyd olunub.
Xəbərə görə, O, həmkarları ilə ikitərəfli görüşlər keçirəcək və 11-ci Qlobal Bakı Forumunda iştirak edəcək.
Becan.az