Qərbin Ermənistana yaxınlaşması İranın məhvinə hesablanıb - Lepexin

09:58 6.04.2024 1 778
Qərbin Ermənistana yaxınlaşması İranın məhvinə hesablanıb - Lepexin

Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbərinin görüşü Ermənistanın Qərb oyunlarına qarışmasının mərhələlərindən biridir. Rusiya nəhayət nə baş verdiyini anladı.

Xəbər verilir ki, bunu Aİİ İnstitutunun direktoru, rusiyalı politoloq Vladimir Lepexin erməni mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyada uzun müddət Paşinyanın Qərbə doğru addımlarının təsadüf olduğunu düşünürdülər:

“İndi nəhayət başa düşürlər ki, İrana qarşı müharibəyə hazırlıq gedir. Ermənistan İrana qarşı müharibə üçün plasdarm olur. Bu görüşlər təhrikedici xarakter daşıyır. Avrointeqrasiya, NATO-nun müdafiəsi, Ermənistanın sivil dövlətlər ailəsinə qəbulu ilə bağlı vədlər verilir. Əslində Ermənistandan sadəcə olaraq Qərb qüvvələrinin maraqları üçün istifadə olunur”.

Onun fikrincə, Ermənistan bundan daxildə və Cənubi Qafqazda vəziyyətin əlavə destabilləşdirilməsindən başqa heç nə qazanmayacaq.

Lepexin hesab edir ki, İrana yaxınlaşmağın yeganə yolu Ermənistandan keçir:

“Bu görüş Qərbin Cənubi Qafqazda öz mövqelərini gücləndirmək baxımından və regionu İsraillə birlikdə öz geosiyasi maraqlarına uyğun nəzarət altına almaq üçün ardıcıl siyasi xətti çərçivəsində nəzərdən keçirməlidir”.

Ekspert Azərbaycan və Türkiyənin 2020-ci ildə ekspansiyasının Ermənistana qarşı deyil, daha çox Rusiyaya qarşı yönəldiyinə əminliyini də ifadə edib. O qeyd edib ki, son üç ildə Rusiya faktiki olaraq Cənubi Qafqazdan sıxışdırılıb və indi növbə İrandadır:

“Rusiyanın hələ Cənubi Qafqazla bağlı mövqeyi yoxdur və heç nə edə bilməz. Əgər Rusiyanın xarici siyasəti milli maraqların prioritetinə doğru dəyişərsə, o, Cənubi Qafqaza qayıtmağa cəhd edə bilər, amma indi yox”.

O vurğulayıb ki, Qərb hazırda bir neçə istiqamətdə, o cümlədən, fələstinlilərin İsraildən təmizlənməsi ilə Böyük İsrail layihəsinin həyata keçirilməsi yolu ilə genişlənir:

“İkinci vəzifə İrana yaxınlaşmaq və onun təsirini minimuma endirmək üçün onu hərbi əməliyyatlara təhrik etmək və ola bilsin ki, bir faktor kimi İranı məhv etməkdir.

Rusiyaya gəldikdə isə ikinci mərhələyə keçid hazırlanır - Rusiya Federasiyasının NATO ilə, ola bilsin ki, Baltikyanı regionda, Polşada, Rumıniyada qarşıdurmaya cəlb edilməsi planlaşdırılır.

Cənubi Qafqaza gəlincə, prioritet vəzifə region ölkələrini İranla qarşıdurmaya cəlb etməkdir. NATO Ermənistan vasitəsilə regiona nüfuz etməli və İranı təxribata çəkməlidir.

Niyə Qərbin Ermənistanla əməkdaşlığa ehtiyacı var?

Ermənistandan istifadə olunacaq. Paşinyana və ətrafına pul, kredit, xarici ölkələrə səfərlər və bəzi təşkilatlarda iştirak vəd edilib. Lakin reallıqda söhbət Ermənistanın ardıcıl olaraq Qərbin müstəmləkəsinə çevrilməsindən gedir. Qərbin coğrafi mövqeyindən başqa Ermənistan nəyinə lazımdır? Bu coğrafi mövqe İrana hücum etmək üçün istifadə olunacaq.

Ermənistandan Qərb dövlətlərinin, ilk növbədə İngiltərənin maraqları üçün istifadə olunacaq. London 2018-ci ildə Ermənistanda dövlət çevrilişi təşkil edib, öz adamlarını ölkə başına qoyub və Ermənistanı get-gedə öz maraqlarının oyuncağına çevirir”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO