Ağdamlılar qış “transfer pəncərəsi”nin ikinci transferini reallaşdırıb
“Sportinfo” xəbər verir ki, Azərbaycan çempionu olan klub Redon Cika ilə anlaşıb.
Qeyd edək ki, 24 yaşlı yeni futbolçu Albaniya yığmasının üzvüdür. O, ötən ildən dəvət aldığı əsas millidə 2 oyun keçirib. Cinah yarımmüdafiəçisi “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. 2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.
Xatırladaq ki, “Qarabağ” daha öncə Adama Diakabi ilə müqavilə imzalamışdı.
Becan.az