İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda onun vəkili Aqil Layıc feysbukda yazıb:
“Bəxtiyar Hacıyevin həbs müddəti bir ay uzadıldı. Yəni, 28 fevral 2023-cü il tarixinədək…”
B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq, dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.
Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci və 289.1-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Becan.az