Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, siyahıya bir müddət əvvəl Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçən portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir. O, 21-ci əsrdə ölkə çempionatlarında ümumilikdə 498 dəfə fərqlənib.
PSJ-nin argentinalı hücumçusu Lionel Messi 487 qolla 2-cidir. Zlatan İbrahimoviç (392) 3-cü, Luis Suares (364) 4-cü, Robert Levandovski (357) 5-cidir.
Becan.az