İyunun 1-nə keçən gecə Rusiya qoşunları 100 pilotsuz uçuş aparatı və raketdən istifadə edərək Ukrayna ərazilərini bombardman edib. Xarici media xəbər verir ki, hücum nəticəsində beş regionda enerji obyektlərinə ziyan dəyib. Prezident Volodimir Zelenski dağıntıların nəticələrini göstərərək, yenidən Qərbə müraciət edib.
Onun sözlərinə görə, Rusiya indi infrastruktura qarşı mübarizə aparır. Bir gecədə 50-dən çox raketdən və həmçinin 50-ə yaxın “Şahed” pilotsuz uçuş aparatından Ukraynanın cənub, mərkəz və qərb bölgələrinə zərbələr endirilib. O deyib ki, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərinin kifayət qədər olmamasından istifadə edir. Ona görə də mütəmadi olaraq hava hücumları həyata keçirir.
Zelenski Ukrayna üçün "Patriot" və digər hava hücumundan müdafiə sistemlərinin, həmçinin F-16 tədarükünün sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Becan.az