NATO KTMT ölkələrinə hücum planını işləyir.Xəbər verilir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, KTMT ölkələri üçün birbaşa təhlükə NATO-nun davam edən genişlənməsidir:
“Kollektiv təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində alyansın hərbi mövcudluğu artırılır və yeni silah sistemləri yerləşdirilir. Hava məkanında təxribatların sayı artır, KTMT ölkələrinin ərazisinin işğalı da daxil olmaqla, çoxsaylı hərbi təlimlər keçirilir”. Becan.az