Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsin (keçmiş "Azərsu" ASC) mətbuat xidmətinə yeni rəhbər (jurnalist Ceyhun Musaoğlu) təyin olunub.
Bu günə kimi bu vəzifəni icra edən Anar Cəbrayıllı, Oxu.az-a açıqlamasında bundan sonra agentliyin tabeliyində olan digər publik hüquqi şəxsin mətbuat xidmətinə rəhbərlik edəcəyini bildirib.
"Mən bölgələrdə yaranan problemlərlə bağlı mətbuatın suallarını cavablandıracağam", - deyə, A.Cəbrayıllı qeyd edib.