Jurnalistikaya qabiliyyət imtahanı lazımdırmı? - Ekspertlərdən fərqli yanaşmalar

11:52 5.08.2024 1 267
Jurnalistikaya qabiliyyət imtahanı lazımdırmı? - Ekspertlərdən fərqli yanaşmalar

Xəbər verildiyi kimi, ötən gün jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilib.

Bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək, müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq, qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.


Bəs jurnalistikaya qabiliyyət imtahanı lazımdırmı?

Bu barədə bəzi ekspertlərin fikirlərini təqdim edirik:

Əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli bildirib ki, ötəngünkü imtahanda 900-ə yaxın abituriyent iştirak edib:

“Reallıq belədir ki, indiki halda belə bir imtahanın keçirilməsi abituriyentlər üçün əlavə həyəcan, DİM üçünsə əlavə təşkilati qayğıdır. Ən pisi odur ki, bu imtahanın tədris üçün heç bir praktik faydası yoxdur. Çünki abituriyentin qəbulda yazdığı esse (inşa) ilə onun jurnalist qabiliyyətini aşkar etmək mümkünsüzdür. Digər tərəfdən, axı jurnalistika ədəbi yaradıcılıq (hekayə, şeir və s.) sahəsi deyil, cəmiyyətə bağlı olan sosial institutdur. Amma biz abituriyentə (fantaziyanın gücü ilə) esse yazdırmaqla (publisistika), onu ibarəli, obrazlı ifadə tərzinə yönəltməklə faktiki olaraq indidən jurnalistikanın, ilk növbədə isə fakta əsaslanan xəbərləmənin mahiyyətini təhrif edirik”.

Q.Məhərrəmli qeyd edib ki, qabiliyyət imtahanının tətbiqindən sonra bu imtahanın xofuna görə jurnalistikaya sənəd verənlərin sayı kəskin şəkildə azalıb, qəbul balları və ümumi səviyyə isə çox aşağı düşüb:

“Yəni təcrübə göstərir ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı tamamilə artıq bir şeydir və xeyirdən çox zərəri var. Əlbəttə, bu məsələyə başqa yanaşmalar da ola bilər, amma acı reallıq mən dediyim kimidir”.

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Vaxtilə qabiliyyət imtahanının bərpa olunması məsələsində Mətbuat Şurasının mövqeyi də nəzərə alınmışdı. Ola bilər indi artıq bu özünü doğrultmur. MŞ İdarə Heyətində məsələnin müzakirəsini vacib hesab edirəm. Hər halda Qulu Məhərrəmli və Vüqar Zifəroğlunun münasibəti bizim üçün aparıcı olmalıdır”, - deyə, bildirib.


Filologiya elmləri doktoru, professor Telman Vəlixanlı isə vurğulayıb ki, qabiliyyət imtahanı təkcə yazı-pozu bacarığını, dilbilmə və intellektual səviyyəni üzə çıxarmır, həm də peşə, ixtisas seçən gəncin həyat yolunu, bu yolu seçməkdə nə qədər israrlı olduğunu göstərir:

“Əgər tanışlıq, tapşırıq bəlasından bir-birimizə, müsahibə prosesinin obyektivliyinə itirdiyimiz inamı bərpa edə bilsək, hətta əksər pedaqoji ixtisaslarda da qabiliyyət imtahanına ehtiyac var. Övladlarımız 4-6, bəzən daha çox ilini universitetdə itirəndən sonra anlayır ki, təsadüfən düşdüyü ixtisasda ömrünün ən gözəl vaxtını itirib... Dərd odur ki, bu gün ölkədə bu cür "şikəst" olunan, boş yerə pulunu, vaxtını sərf etmiş gəncliyə mükəmməl əlavə təhsil konsepsiyadır və proqramları təklif olunmur... Bu isə olduqca ciddi sosial-ictimai məsələdir...

Müvafiq icra orqanları, adlarını publik şəxs elan etmiş və etməyə hazırlaşan, lakin əhaliyə lazımı təhsil xidmətləri təklif etmək iqtidarında olmayan universitetlər niyə bu barədə düşünmür?!

DİM olmasa, bəzi universitetlərimiz adambaşına maliyyələşmə şəraitində özlərini necə saxlayarlar?

Xəbərləri varmı ki, bu il nə qədər istedadlı uşağı xarici universitetlər SAT imtahanı ilə ölkədən aparır?

Niyə özünüzdə müsbət imic formalaşdırıb, nə eləmək lazım olduğunu edib (bunu dəfələrlə yazmışam) insan və maliyyə resursumuzu xaricə qovursuz, univetsitet müəlliminə qəpik-quruş maaş verib, onları da elm və təhsildən uzaq salırsız?”.

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva deyib:

“ADA Universitetinin Kommunikasiya və Rəqəmsal media ixtisasına qabiliyyət imtahanı tələb olunmur. "Yaradıcı düşüncə" tərzinə gəldikdə isə, o, bütün ixtisaslarda müasir dövrün iş bazarında lazımı qabiliyyətdir”.


Tanınmış telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlu düşünür ki, imtahanlar ədalətli keçirilsə, vacibdir:

“Esse ilə cümlə qurmağı, fikrini izah etməyi yoxlayırlar. Onu test sualları ilə yoxlamaq mümkün deyil”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}