Erməni əsirliyi, xərçəng bəlası və nigarançılıqla bitən ömür

13:03 5.08.2024 1 841







Vasif ƏLİHÜSEYN,
Jurnalist, şair







Səhəri çox acı xəbərlə açdıq. Xocalı faciəsi zamanı səkkiz gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qalan Dürdanə Ağayeva dörd illik mübarizədən sonra xərçəngə yenik düşdü.

Dürdanə xanımın çox ağrılı bir həyat hekayəsi var, dəfələrlə bununla bağlı ondan müsahibələr almışam. “Erməni zindanında səkkiz gün” kitabını oxuyandan sonra onu axtarıb tapmışdım.

Dürdanə xanımın erməni əsirliyində çəkdiyi işgəncələr isə, sadəcə, dəhşətdir. Onlardan yaddaşımda olanları sizinlə bölüşürəm:

“Məni fevral ayının soyuq qış günündə soyuq suyla dolu vannaya girməyə məcbur edirdilər. Məcbur olub girirdim, suda qalırdım, çünki başqa çarəm yox idi. Sonra sudan çıxarıb zəncirlə döyürdülər...”.

“Məni kamerada döyəndən sonra ermənilərdən biri palçıqlı batinkasını ağzıma sürtüb, dedi ki, torpaq istəyirsiniz, al, bu da sənə torpaq...”.

“Məni maşına mindirib Xocalıdakı evimizə gətirdilər. Ayaq üstə yeriməyə qoymurdular, iməkləyirdim. Ətrafdakılar isə məni daşa basıb, təhqir edirdi...”...

Dürdanə xanımın işgəncə həyatından bəhs edən hekayəsini Xocalı haqda hazırladığım kitaba da salmışam, inşallah, qismət olsa, fevral ayında çap olunacaq.

Onu qardaşı Elşənlə birlikdə erməni girovluğundan Milli Qəhrəman Allahverdi Bağırov xilas etmişdi. Bunu həmişə dilinə gətirib, ona rəhmət oxuyurdu. Hətta, Ağdam işğaldan azad ediləndən sonra gedib Allahverdi Bağırovun da məzarını ziyarət etmişdi.

O, əsirlikdən qayıtdıqdan sonra yenə rabitəçi kimi işinə davam edir. Bir gün ora gəlib-gedən abonentlərdən biri Dürdanə xanımı görür və onunla ailə qurmaq istəyir. Dürdanə xanım o illəri mənə belə nəql etmişdi:

“Bu adam mənimlə ailə qurmaq istəsə də, kim olduğumu dərindən bilmirdi. Bir gün onunla görüşüb oturduq və erməni əsirliyində başıma gələn işgəncələrin hamısını ona danışdım. O bunları normal qəbul elədi və bildirdi ki, mənimlə ailə qurmaq istəyir. Biz ailə qurduq və bir qızımız dünyaya gəldi. O da çox çətinliklə, çünki əsirlikdə aldığım zərbələr məndə böyük izlər buraxmışdı”.

Dürdanə xanımın həyat yoldaşı bir neçə il öncə dünyasını dəyişdi. Həmişə o yaxşı adam haqqında ağızdolusu danışırdı. Elə “Erməni zindanında səkkiz gün” kitabını da həyat yoldaşıyla məsləhətləşəndən sonra yazmışdı.
Sonuncu müsahibəsi zamanı isə dedi ki, “Qızımdan nigaranam, çünki onun məndən başqa heç kimi yoxdur. Yoxsa, ölümdən qorxmuram”.

Xocalının işğaldan azad edildiyini görüb, Xocalıya qayıda bilməyən qadın, rahat uyu, sənin övladın bu yurda əmanətdir! Ruhun şad olsun!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO