"Yalançı ekspertizalara son qoyulmalıdır" - AİB sədrindən AQTA-ya sərt sözlər

17:37 16.08.2024 693
"Yalançı ekspertizalara son qoyulmalıdır" - AİB sədrindən AQTA-ya sərt sözlər

Xəbər verildiyi kimi, Qəbələdə keçirilən toy mərasimində 55 nəfər qidadan zəhərlənib. Bir neçə gün öncə Gəncə və Göygöyldə də eyni hal yaşanmışdı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son bir ayda xeyli zəhərlənmə hadisələrinin qeydə alındığını vurğulayıb.

Onun sözlərinə görə, mətbuat vasitəsilə alınan məlumatlar həqiqi olanların 60-70 faizini əks etdirir:

“Bu cür intensiv zəhərlənməni görən AQTA rəhbərliyi istefa verməli, vəziyyət dəyişməlidir. Özünə hörmət edən insan postunu qoyub gedər və deyər ki, mən bu işi yerinə yetirə bilmirəm. AQTA-nin ən ciddi problemi cəmiyyətlə işləyə bilməməsidir. Məndə olan məlumata görə, rayon yerlərində toy edən şəxs toydan bir iki məhsul götürüb AQTA-nin regional ofisinə gedir, orda guya onları analiz edirlər və ona bir sənəd verib yola salırlar. Bu yalançı kağızlara, ekspertizalara son qoyulmalıdır. Müstəqil ekpertiza yaranmalıdır və onun rəyi məhkəmədə tanınmalıdır”.

E.Hüseynov statistikanın gizlədilməsi və zəhərlənmələrin qeydiyyata alınmaması məsələsinin ölkədə anormal vəziyyətə gətirib çıxardığını deyib:

“Bütün cəmiyyət media işçilərinə minnətdar olmalıdır ki, onlar bunu izləyib gündəmə gətirirlər. Bəs, görən AQTA medianın işlərini izləyirmi?! Mən İctimai Şuranın üzvü olanda dəfələrlə demişəm ki, siz gərək media ilə əlbir işləyəsiniz. Onların isə ayaqları yerdən üzülüb. Milyon dollarlıq labarotiyalar, Avropa Birliyinin sənədləri və sair bunların ağıllarını başlarından alıb və elə bilirlər ki, bu şəkildə məsələni həll etmək olar. Cəmiyyətin, xalqın içinə enmək lazımdır. AQTA-nin saytında zəhərlənmələrin statistikası dünya ölkələrindən 1400 dəfə az göstərilir. Bu məsələləyə son qoyulub ölkənin mükəmməl istehlakçı siyasəti formalaşmalıdır”.(Bakupost.az)

Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO