Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması adı altında manipulyasiya - ARAŞDIRMA

15:59 19.09.2024 1 162
Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması adı altında manipulyasiya - ARAŞDIRMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə 1.667.520 manat məbləğində satınalma müqaviləsi bağladığını 18.09.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan əvvəl fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə daha bir satınalma müqaviləsi də bağlayıb. Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması alınması üzrə 1.075.840 manat məbləğində dəyərləndirilmiş bu müqavilə barədə məlumat 06.08.2024-cü ildə açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Satınalma Komissiyasının burada nə kimi qanun pozuntularına yol verdiyi açıq-aşkar görünür. Birinci bir mənbədən satınalma metodunun qanunla müəyyən edilmiş tələblərinə nəzər salaq. Qanunun 49-cu maddəsində göstərilir: 49.1. Aşağıdakı hallarda satınalan təşkilat bu Qanunun 44.4-cü ( Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər) maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda...

Göründüyü kimi, fiziki şəxs Məmmədov Mehman Rza oğlu mənzillərin satın alınması üzrə konkret təchizatçı deyil, satınalma üzərində xüsusi hüquqlara da malik deyil və bu satınalma predmetinin ölkədə kifayət qədər əvəzedicisi və alternativi var. Digər tərəfdən, elanda yalnız şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması göstərilir. Burada mənzillərin neçə nəfərə alınması da açıq göstərilməyib. Amma qanunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.

Analoji qanun pozuntularına fiziki şəxs Məmmədov Mehman Rza oğlu bağlanan digər müqavilədə də yol verilib. Elanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması qeyd olunub. Burada da mənzillərin harada və neçə nəfərə alınması dəqiq göstərilməyib. Amma qeyd etdiyimiz kimi, anunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.

Keçək bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ümumi olaraq 2 743 360 manat dəyərində iki dövlət sifarişi almış fiziki şəxs Məmmədov Mehman Rza oğluna;

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Mehman Məmmədovun barədəsində heç bir məlumat əldə edə bilmədik.

Apardığımız daha ətraflı araşdırmadan məlum oldu ki, Məmmədov Mehman Rza oğlu fiziki şəxs kimi Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu ərazi vahidliyi, Kövər kəndində qeydiyyata alınıb. Onun ikinci ünvanı Mirzəxan-Qaraqoyunlu ərazi vahidliyi, Təbriz kəndidir. Lakin Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Bərdə rayonunun bu kəndlərin seçicilərinin siyahısı barədə heç bir məlumat yoxdur. Fiziki şəxs Məmmədov Mehman Rza oğlunun həqiqətən də bu kəndlərin birində daimi pasport qeydiyyatında olub-olmaması bəlli deyil.

Amma rayondakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində əkin-biçinlə məşğul olur. Təxminən 54-55 yaşı olan Mehman Məmmədovun Mirzəxan-Qaraqoyunlu kəndində, yol kənarında 3-4 mağazasının da olduğu bildirilir.

Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzilləri Bərdə rayonunun bir kəndində əkin-biçinlə məşğul olan, 3-4 mağası olan bir şəxsin əli ilə alır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi dövlət satınalmalarında bu kimi hallara tez-tez rast gəlinir. Nazirlik ötən il də Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması üçün Şəki şəhərində daimi pasport qeydiyyatında olan 72 yaşlı Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində müqavilə bağlamışdı.

Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq ikinci dəfədir ki, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzilləri şübhəli satınalmalar yolu ilə alır. Bununla bağlı əvvəlki yazılarımızda qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, qanun fiziki şəxslərin də tenderdə iştirakına icazə verir. Bunun üçün fiziki şəxslərdən bank hesabı tələb olunur ki, bu hesabda tenderdə təklif ediləcək məbləğin ən azı 50 faizi olmalıdır. Bu, tenderdə risklərin qarşısını almaq üçündür. Göründüyü kimi, fiziki şəxs Məmmədov Mehman Rza oğlu iki tenderə ümumi olaraq 2 743 360 manat təklif edərək qalib olub. Burada sual yaranır: Bir fiziki şəxs olaraq Bərdə rayonunun bir kəndində əkin-biçinlə məşğul olan, 3-4 mağası olan bir şəxsin bank hesabında ən azı 1 milyon manat varmı?

Bütün bu məlumatlara ölkədə dövlət satınalmalarına nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə aydınlıq gətirə bilər? Bu, hər iki dövlət qurumu tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması adı altında manipulyasiya deyilmi?(Aktualinfo.org)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}