Danimarkanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd edilib ki, buna səbəb Danimarkada "Qurani-Kərim"ə qarşı təhqir xarakterli hərəkətlərə yol verilməsidir.
Türkiyə XİN-də danimarkalı diplomata bunun qəbuledilməz olduğu bildirilib.
Xatırladaq ki, daha əvvəl İsveç və Niderlandda da "Qurani-Kərim" yandırılıb.
Becan.az