"DAŞ YUXULAR” KAŞ “YUXULAR” OLAYDI...

23:52 1.07.2025 1 358






Oktay ŞAMİL






Yuxuda “Nobel mükafatı” görüb cəsarətlənən ağır ləngərli yazıçı Əkrəm bəy Əylisli erməni qonşusu onkoloq Nacarovun təqdim etdiyi gündəliklərlə istədi bir az qabağa düşsün, dal-dala gedib bir daha dala düşdü, qalmaqala düşdü, yandı-yandı-bişdi. Güvəndiyi orden-medallar batdılar, ad-sanını zibilliyə atdılar. Kitablarından qapısında ocaq çatdılar. Sürüyə-sürüyə aparıb onu da çarəsiz zavallılara qatdılar. Xəyalındakı Nobel mükafatı qadın ürəyindəki “səadət” arzuları kimi ilğımlara çevrildi. Əli, əlacı hər tərəfdən üzüldü, AYB-dən, AYB-dəki dostlarından imdad diləməyə başladı. Amma onlar heç nəyi görüb eşitmir, tanımırmış kimi çevrilib getdilər, yollarına davam etdilər. Lap yaxşı da etdilər... Onu biz yıxmamışıq – dedilər, özü yıxılıb, “özü yıxılan ağlamaz!..”

Mən, Bəxtiyar müəllimin yadigarı İsfəndiyar Vahabzadənin “Xural-tv”-yə verdiyi intervüyə baxandan sonra bir daha əmin oldum onkoloq Nacarov Əkrəm bəyə arxadan zərbə endirib. İnandım ki, intervülərini yazı-pozusundan üstün bilən bu yarıdemaqoq yazıçı öz nəfsindən bəlaya düşüb. Çox bilən quş (məsələn, qarğa!) dimdiyindən tora düşür, əlbəttə... Belə baxanda 80-ci illərə qədərki yaradıcılığına hörmətlə yanaşırsan. Amma elə baxanda görürsən bu adamın təpədən-dırnağa “dili” dəyişib, stili dəyişib, qatı karyerist olub. Haralardasa aferist olub.

Cavan çağlarında Əkrəmin qısqanclığı çox bilinmirdi. Elə ki, qocaldı, qısqanclığı paxıllığa çevrildi, hətta paxırlaşıb içində qurum bağladı.

Ömrü boyu şöhrət ardınca düşüb “şkola” yaratmaq eşqi ilə nəfəs alan dostumuz Sovetin imtiyazları hesabına tanıyıb-bilmədiyi çox yerlərə baş vurub. Gözünü yumub özündən irəlidəkiləri söyüb, özünü öyüb. Mərkəzi Komitəyə necə ayaq açdığını camaat bilsə də, heç zaman həqiqəti dilə gətirməyib. Taleyin aldadıcı oyunları başını gicəlləndirib. Boğazdan yuxarı “həqiqət” deyən yazıçı bə görəsən əsl həqiqəti haçan dilə gətirəcək? Məncə, heç haçan!

Çünki bu adam qüddəlidi, özünə vurğun müştəbehdi! “Millət” adına heç nəyi yoxdu. Hələ də dərk etmir və ya dərk etmək istəmir erməni hər zaman torpaqlarımızı xəyanətlə alıb. Özünə yer edib bizi öz dədə-baba torpaqlarımızdan hovur-hovur qovub. Məscidlərimizi, ev-eşiyimizi, qəbirlərimizi, qəbir abidələrimizi uçurub. 1920-dən bəri 100-dən çox türk diplomatını ayrı-ayrı qitələrdə qətlə yetirib. Türkiyədə hətta böyük Atatürkə sui-qəsd hazırlayıb. Əvəzində özünə “mono-millət”, “mono-dövlət” yaradıb.
Əkrəmin bəh-bəhlə mədh etdiyi Qrapt Matevosyan isə bu vandallığa susub, göz yumub.

“Erməni” adını, “erməni qəbri”ni, “erməni kilsəsi”ni Bakının tən ortasında qoruyub saxlayan toleyrant biz, amma Əkrəm Azərbaycan və rus mətbuatında erməni təbliğatı aparıb. Sumqayıt və Bakı “poqrom”larını azərbaycanlıların ayağına yazıb. Halbuki həmin terrorun ssenari müəllifi elə özləridi. Arxiv materiallarıyla bunlar birər-birər sübuta yetrilib.

Donald Tramp Moskvada necə Krasnovdusa, Əkrəm bəy də Yerevanda Matevosyandı. Bəlkə bütün ermənilərin katalikosu II Qaragindən də qrant alıb. Əkrəm bəyin agenturasından heç kim baş aça bilməz. Eşitdiyim qədərincə, o, Naxçıvanın səlahiyyət sahiblərindən hər ay 4-5 min manat aylıq dəsxoş da alırmış.

Ukraynalı politoloq, siyasi blogger Vitali Portnikov hər çıxışında reallıqları ifadə etməyə çalışsa da, bir də görürsən qəflətən ayağı sürüşür, yəhudi südü sanki onu çağırır, yəhudilərin tərəfində dayanır.

Amma vəzifə və şöhrət düşkünü bizimkilər tək özünü düşünür. Vəzifədən yana hər şeyini satır. Aralıq qatır. 60 illik dostlarına şər-böhtan atır. Şayiələr yayıb yamanlayır. Bulanıq sularda balıq tutur, öz işlərini sahmanlayır.
Sovet dönəmində də biz elə bu cür olmuşuq; yadellilərə yalaq, özümüzünkülərə dalaq! Özünü lider adlandıran “Cəbhəkrat”lar min bir məşəqqətlə qazandığımız müstəqilliyi gözümüzdən gətirmədilərmi?! Necə deyərlər, qızınmadıq istisinə, kor qaldıq tüstüsünə... Hazırda həmin adamlar Türkiyədəki “Yeni Osmanlılar”ın yerişini yeriməkdədirlər.
Karyeristlərdən fərqli ətini-qanını-canını-sümüyünü millət yolunda əritmiş Sabir (Rüstəmxanlı yox!) insanlarımızı görün necə səciyyələndirib.

...Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan.
Tarac edərək bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan.
Əslahımıza çünki həqiqi xələfiz biz,
Öz qövmümüzün başına əngəl-kələfiz biz...


Əkrəmə gəlincə, o, artıq heç kəsi maraqlandırmayan bir Əylis əyrisidi. Qəbirdə də düzəlməyəcək. Nə qədər ömrü var intervü verəcək. AYB-dən, Anardan, Çingizdən, Ramizdən gileylənəcək. Xəlvətə çəkiləndə isə başına-gözünə-dizinə döyəcək. Bu zəhrimar “Daş yuxular” kaş yuxular olaydı – deyəcək...

28.04.2025
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Putin Moldavaya müdaxilə edəcək

13:41

İlham Əliyev Gəngə ilə bağlı SƏRƏNCAM imzaladı

13:19

Üzərlik bitkisinin tərkibində qadağan olunmuş maddələr var - Nazirlikdən XƏBƏRDARLIQ

17:44

İşığın qiyməti artırılacaq... Tarif Şurası yuxudan oyanır və...

17:06

Günorta yuxusu da çox xeyirli imiş...

16:55

Azərbaycanda Rusiya şəbəkəsi... - Siyahıda kimlər var?

17:05

Ruslar 700-ə yaxın hərbçisini mühasirədə itirdi

16:52

Ölkəyə gətirilən dərmanlarla bağlı yeni QƏRAR

16:41

Azərbaycan Kremlin planını pozdu - Kiyevə mühüm dəstək

12:20

Corab satan məşhur aktyor işlə təmin olundu - VİDEO

12:08

Qobu Bələdiyyəsində saxta sənədlərlə torpaqlar satılır

11:51

İran zəvvarları oğurlayır

11:26

Qusmanın işdən çıxarılması Putinin miskinliyidir - Professor

11:18

Tələbələrin təqaüdləri artırılıb: kimlər alacaq?

20:43

Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi

13:39

Azərbaycan qazı Suriyaya da nəql ediləcək

13:33

Rusiya Zəngəzur məsələsinə qarışmır

11:35

Ramiz Mehdiyevin qızının məktəbdəki payı əlindən alındı

11:28

Radarlardan itən Rusiya təyyarəsindəki bütün heyət ölüb

16:43

Rusiyada "azərbaycanlı ovu" davam edir

13:35

İlham Əliyevdən Trampa təşəkkür paylaşımı...

10:27

Milli mətbuat -150!

22:29

AZAL təyyarəsini vuran hərbçinin adı və şəkli yayılıb - FOTO

17:11

Əliyevin bu sözü raşistləri dəli etdi: Azərbaycanla müharibə çağırışları başladı

13:51

Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”

13:45

Yol vergisi ilə bağlı vacib QƏRAR

13:25

Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada yayınlandı - FOTO

11:16

Moskvaya kütləvi hücum - Hava limanları bağlandı - VİDEO

22:34

Utandım… Bir Daha Utandım...

11:34

Suriya türk təyyarələrini görmək istəyir

22:18

Putin məcburi səfərbərliyə başlayacaq

17:45

İsrail suriyalılara divan tutdu: Qadınlara təcavüz edildi, başları kəsildi...

13:40

Azərbaycan MDB-nin iclasını boykot etdi - Rusiyaya sərt etiraz

11:59

"Nooldu, Paşinyan?"ın müəllifi həbs olundu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO